Bir qrup erməni vəkil Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına və Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediasına Vəkillər Palatasının sədri Ara Zohrabyan bildirib.
Onun sözlərinə görə, vəkillər bu strukturlardan sərhəd demarkasiyası və delimitasiyası olmadan ərazilərin qarşı tərəfə (Azərbaycana) verməməyi tələb ediblər.
Ancaq məhkəmə iddianı rədd edib.
Vəkillər isə Apellyasiya Məhkəməsinə müraciət etdiklərini bildiriblər.