BAKI, 2 oktyabr. TELEQRAF
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib.
Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır.
Statistikaya əsasən, övladlığa götürülənlər daha çox azyaşlılar olub. Belə ki, uşaqların 78-i 0-6 yaş aralığında, 27-si isə 7-18 yaş qrupunda yer alıb.