BAKI, 2 oktyabr. TELEQRAF

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib.

***

09:47

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edir.

Qurultayda rayon və şəhər təşkilatlarından nümayəndlər, həmçinin hakim partiyanın Milli Məclisdəki və digər strukturlardakı təmsilçiləri iştirak edir.

Partiyanın bu gün keçirilən qurultayında mühüm qərarların veriləcəyi, təşkilatın idarə heyətində və strukturunda bəzi dəyişikliklərin olacağı ilə bağlı məlumatlar mövcuddur.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı 5 mart 2021-ci ildə keçirilib.