BAKI, 11 sentyabr. TELEQRAF

Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdəki münaqişə fonunda 2026-cı ildə dünyada neftə tələbatın sutkada 2,5 milyon barel azalacağını proqnozlaşdırır.

“Azalmanın əsas səbəbi ABŞ və İran arasında danışıqlarda yaranmış dalan, Fars körfəzi ölkələrinin ixracında davam edən fasilələr və xüsusilə dizel yanacağının rekord qiymətləridir. Bunların tələbatı getdikcə daha çox aşağı salacağı gözlənilir”, - Agentlikdən qeyd edilib.

Agentlik neftə tələblə bağlı proqnozunu avqust ayındakı gözlənti müqayisədə sutkada 940 min barel azaldıb. Həmin vaxt BEA 2026-cı ildə neftə tələbin sutkada 1,6 milyon barel azalacağını proqnozlaşdırırdı.

Proqnoza görə, 2026-cı ildə dünyada neftə tələb sutkada 102,447 milyon barel təşkil edəcək. 2025-ci ildə bu göstərici 104,948 milyon barel olub. Agentlik 2027-ci ildə neftə tələbin sutkada 105 milyon barel olacağını gözləyir.