BAKI, 11 sentyabr. TELEQRAF
"Yeni tədris ili ilə bağlı elm və təhsil nazirinin əmri var. Əmr bizim qarşımıza çox aydın, ölçüləbilən, obyektiv hədəflər müəyyən edib".
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Teleqraf-ın sualına cavab olaraq deyib.
O bildirib ki, bu hədəflərdən biri regionlararası fərqin azaldılmasıdır:
“PISA nəticələrində ümumilikdə ölkə üzrə müsbət nəticə var. Bəzi regionlarda ciddi çatışmazlıqlar, zəif nəticələr var. Bu, bizim yeni tədris ilində keyfiyyət planımızın əsas istiqaməti ola bilər. Qeyd olunan regionlarda fəaliyyətimizin intensivliyini artıracağıq”.