Vaşinqtonun birtərəfli sanksiyaları səbəbindən "Chevron" şirkəti Venesuelanın neft və qaz şirkəti "Peroleros de Venezuela"ya (PDVSA) ödəniş edə bilməməsi səbəbindən neft tankerlərini boşaldıb.

Teleqraf xəbər verir ki, bu barədə Bolivar Respublikasının icraçı vitse-prezidenti və karbohidrogenlər naziri Delsi Rodriqes öz "Telegram" kanalında yazıb.

2015-ci ildən bəri ABŞ və müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli sanksiya tədbir tətbiq ediblər.
Venesuela iqtisadiyyatına ən böyük zərər 2019-cu ildə (Donald Trampın ilk prezidentliyi) PDVSA-ya qarşı tətbiq edilən sanksiyalardan gəlir.

"Chevron" Venesuelada neft hasilatı lisenziyasından məhrum edilib və mayın 27-də fəaliyyətini dayandırmalıdır. Martın sonunda bütün xarici şirkətlər üçün ABŞ lisenziyaları ləğv edilib.