BAKI, 4 aprel. TELEQRAF

"Azərbaycanın hasilat layihələri sürətlə inkişaf etdirilməli, boru kəmərinin nəqletmə qabiliyyəti artırılmalı və mərkəzləşdirilmiş kompressor stansiyası tikilməlidir".

Teleqraf xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan və Avropa istehlakçıları arasında uzunmüddətli qaz müqavilələri imzalana bilər. Bu, Avropa İttifaqı üçün ən vacib zəmanət olacaq.

"Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi iki dəfə artaraq, 14 milyard kubmetrə çatıb. Dəhlizin genişləndirilməsi birmənalı şəkildə Avropanın enerji gücünü artıracaq ki, belə bir əlaqələndirilmiş və güclü əməkdaşlıq ilə Azərbaycan, Avropa İttifaqı, enerji şirkətləri, regional iştirakçılar və maliyyə təchizatları – biz Cənub Qaz Dəhlizini artıq yeni səviyyə qaldıracağıq. Bunun üçün çalışmalıyıq”, - deyə nazir əlavə edib.