
TBİLİSİ, 24 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 276,65 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə həcmdə 14,3 dəfə artım qeydə alınıb.
Hesabat dövründə Gürcüstanın tədarük etdiyi elektrik enerjisinin ümumi həcmi 722,22 milyon kilovatt/saata bərabər olub. Bu həcmin 38,3%-i Azərbaycanın payına düşüb.
Yanvar-fevralda Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü Rusiya (399,18 milyon kilovatt/saat) olub.