BAKI, 21 mart. TELEQRAF

Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in xalis mənfəəti 2024-cü ildə əvvəlki illə müqayisədə 14,4 faiz azalaraq 1 trilyon 8 milyard rubla (təxminən 12,7 milyard dollar) düşüb.

Teleqraf xəbər verir ki, “Rosneft”in verdiyi açıqlamada şirkətin ötən il 184 milyon ton neft və 87,5 milyard kubmetr təbii qaz hasil etdiyi irəli sürülüb.

Açıqlamada şirkətin sözügedən dövrdə 3 trilyon rubl gəlir əldə etdiyi, xalis mənfəətinin 14,4% azalaraq 1 trilyon 8 milyard rubl olduğu bildirilib.

“Rosneft”in baş direktoru İqor Seçin şirkətin mənfəətinin azalmasının əsas səbəbi kimi gəlir vergisi dərəcəsinin artırılmasını göstərib.