BAKI, 20 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Çin Rusiyadan neft idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% azaldaraq 15,47 milyon tona çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, Rusiyadan neft tədarükünün dəyəri 17,5% azalaraq 8,36 milyard dollar təşkil edib.

Buna baxmayaraq Rusiya hələ də Çinə neft tədarük edən ölkələr arasında birinci yerdədir. Siyahıda Rusiyadan sonra Səudiyyə Ərəbistanı gəlir.

Bildirilir ki, Çin 2024-cü ildə digər ölkələrdən neft alışının həcmini 1,9% azaldaraq, 553,41 milyon tona çatdırıb.