
BAKI, 18 fevral. TELEQRAF
Bu ilin yanvarında ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 96,4 mln. kVt·st artım qeydə alınıb.
Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, yanvarda külək elektrik stansiyalarında 2,9 mln. kVt·st, günəş elektrik stansiyalarında 26,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 20,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 232,6 mln. kVt·st (İES-lərdə 2 021,6 mln. kVt·st, SES-lərdə 211,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 32,0 mln. kVt·st (İES-lərdə 22,4mln. kVt·st, SES-lərdə 6,4 mln. kVt·st, GES-də 3,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 2,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 226,8 mln. kVt·st təşkil edib.