
BAKI, 18 fevral. TELEQRAF
"Şahdəniz Kompressiya" layihəsi üzrə son investisiya qərarı bu ilin sonunda qəbul olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "Şahdəniz Kompressiya" layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantının ictimai müzakirələri zamanı bildirib.
Onun sözlərinə görə, layihə üzrə son investisiya qərarı bu ilin ikinci yarısında, ilin sonuna yaxın qəbul olunacaq.
Xatırladaq ki,“Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə fəaliyyətlərin qrafikinə əsasən 2029-cu ilin ortalarında “Şahdəniz Alfa” platformasından və 2030-cu ilin ortalarında “Şahdəniz Bravo” platformasından ilk qaz hasilatı nəzərdə tutulur.