
BAKI, 18 fevral. TELEQRAF
Bu ilin yanvarında Azərbaycanda elektrik enerjisi istehsalı 2,493 milyard kVt/saat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"2025-ci ilin hesabat dövründə isə Azərbaycandan elektrik enerjisi ixracı 157,4 milyon kVt/saat, idxalı isə 11,2 milyon kVt/saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 96,4 milyon kVt/saat artımla 268,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Hesabat dövründə SES-lər 218,3 milyon kVt/saat, KES-lər 2,9 milyon kVt/saat, GES-lər 26,4 milyon kVt/saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 20,9 milyon kVt/saat elektrik enerjisi istehsal edib" - deyə, nazir paylaşımında qeyd edib.