
BAKI, 18 fevral. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,089% azalaraq 3.571 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.05% artaraq 47.74 avroya bərabər olub.
Qeyd edək ki, təbii qazın dəyəri TTF-də həftəlik olaraq 15,34% ucuzlaşıb.