
BAKI, 18 fevral. TELEQRAF
İraqın neft naziri Hayyan Əbdülqani İraqdan Türkiyəyə 2023-cü il martın 25-də dayandırılan neft ixracının bir həftə ərzində bərpa ediləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Əbdülqani fevralın 2-də verdiyi açıqlamada İraq Kürd Regional Rəhbərliyinin gündəlik 300 min barel neft tədarük edəcəyini və bu neftin Ceyhan limanı vasitəsilə ixrac ediləcəyini bildirib.
Qeyd edək ki, Parisdə yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinin Türkiyə ilə İraq arasında neft ixracı ilə bağlı verdiyi qərardan sonra İraqdan Ceyhan limanına neft axını 25 mart 2023-cü ildə dayandırılıb.
Paris Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsi Kürdüstandan neft ixracını mübahisələndirən Türkiyəyə qarşı iddiada İraqın lehinə qərar vermişdi.
Türkiyəyə neft ixracının dayandırılmasının İraqın 23 milyard dollardan çox iqtisadi itkiyə səbəb olduğu təxmin edilir.