BAKI, 17 fevral. TELEQRAF

Avropa Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin dekabrında Avropa İttifaqı Rusiyadan boru kəməri vasitəsilə təbii qaza 927,4 milyon avro, mayeləşdirilmiş təbii qaza (LNG) isə 917,4 milyon avro xərcləyib. Hər iki göstərici 2023-cü ilin əvvəlindən bəri ən yüksək rəqəmdir.

Teleqraf "TASS"a istinadən xəbər verir ki, Aİ ölkələri 2024-cü ilin dekabrında Rusiyadan LNG üçün 917 milyon avrodan çox ödəyib - bu, həmin ilin noyabr ayı ilə müqayisədə 52%, 2023-cü ilin dekabr ayı ilə müqayisədə isə 38% çoxdur.

Rusiyadan maye qazının tədarükü 1,3 milyard avroya başa gəlib. Əsas idxalçı Fransa olub. Bu ölkə Rusiyadan LNG tədarükünə 402,9 milyon avro xərcləyib. Bu da 2022-ci ilin dekabrı ilə müqayisədə maksimumdur.

İspaniya Rusiyadan LNG alışına 198,8 milyon avro, Belçika 137,9 milyon avro (hər iki ölkə üçün 2023-cü ilin oktyabrından ötən müddət üçün maksimumdur.) xərcləyib. Niderland Rusiyadan LNG alışını noyabr ayı ilə müqayisədə 15,5% azaldıb. Ümumilikdə bu ölkə 98,5 milyon avro vəsait yönəldib.

Aİ dekabrda həmçinin Rusiyadan boru kəməri ilə 927,4 milyon avro dəyərində qaz idxal edib. Ümumilikdə, Avropa İttifaqı ötən ilin dekabrda Rusiyadan təxminən 1,84 milyard avro dəyərində qaz alıb ki, bu da əvvəlki aya nisbətən 45%, 2023-cü ilin dekabr ayı ilə müqayisədə isə 41% çoxdur.

Ümumilikdə 2024-cü ildə Avropa İttifaqı Rusiya Federasiyasından boru kəməri ilə qaz tədarükünə 7,6 milyard avro ödəyib. Bu rəqəm 2023-cü ildə 7,9 milyard avro olub. 2024-cü ildə Rusiya Federasiyasından LNG alışı 2023-cü ildəki 8,1 milyard avroya qarşı 7,2 milyard avro təşkil edib. LNG-nin əsas alıcıları Fransa (3,1 milyard avro), İspaniya (2 milyard avro) və Belçika (1,1 milyard avro) olub. Niderland Rusiyadan 749 milyon avro dəyərində maye qaz alıb.

"RePower EU" proqramı çərçivəsində Avropa İttifaqı Rusiya neft və qazından asılılığını 2027-ci ilin sonuna isə sıfıra endirməyi hədəfləyir.
Eyni zamanda, üç il ərzində Rusiyadan LNG alışını artıran Avropa İttifaqının çəkdiyi xərclər 150% artıb.