![](https://teleqraf.az/storage/2025/01/17/715x378/rus_neft.jpg)
BAKI, 14 fevral. TELEQRAF
Yanvarda Rusiyanın neft və neft məhsullarının tədarükündən əldə etdiyi gəlirlər təqribən 15,77 milyard dollar təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə təxminən 950 milyon dollar çoxdur.
Teleqraf RBC-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) neft bazarı üzrə hesabatında qeyd olunub.
Nəşr qeyd edir ki, artım Vaşinqtonun Rusiyanın enerji sektoruna qarşı yanvar ayında tətbiq etdiyi sanksiyalar fonunda baş verib.
Rusiya xam neftinin ixracından əldə edilən gəlir 580 milyon dollar artaraq 9,82 milyard dollara, neft məhsulları isə 360 milyon dollar artaraq 5,95 milyard dollara çatıb.
2024-cü ildə Rusiyanın neft ixracından əldə etdiyi gəlir 189 milyard dollar təşkil edib.