![](https://teleqraf.az/storage/2025/02/11/715x378/bp1.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Böyük Britaniyanın neft nəhəngi BP-nin 2024-cü ilin dördüncü rübündəki mənfəəti 2023-cü ilin müvafiq rübü ilə müqayisədə 61% azalaraq 1,17 milyard dollara düşüb.
Teleqraf xəbər verir ki, bu göstərici son dörd ilin ən aşağı səviyyəsi hesab edilir. Buna səbəb zəif marjların neft emalı fəaliyyətinə mənfi təsir göstərməsidir.
"Elliott Investment Management"in BP-dən səhm almasının ardınca açıqlanan bu göstəricilər şirkətin strategiyasında dəyişiklik ediləcəyi yönündə gözləntiləri gücləndirib.