![](https://teleqraf.az/storage/2024/12/08/715x378/tramp4.jpg)
BAKI, 10 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına 25% dərəcəsində gömrük rüsumu tətbiq edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
"ABŞ-yə polad və aluminum idxalına 25% tarif tətbiq olunacaq",- deyə Tramp qeyd edib.
Tramp tarifləri bu gün açıqlayacağını bildirib və rüsumların Kanada və Meksikadan idxal edilən alüminium və polada da tətbiq olunacağını qeyd edib.
Prezident həmçinin bu həftə ABŞ idxalına vergi tətbiq edən ölkələrə qarşı qarşılıqlı tariflər elan edəcəyini bildirib. O əlavə detalları açıqlamayıb və bu tariflərin elan edildikdən demək olar ki, dərhal sonra qüvvəyə minəcəyini deyib.