BAKI, 29 iyul. TELEQRAF

"Xarici dil sertifikatlarının verilməsində müəyyən qeyri-obyektiv, qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması ilə bağlı qaydalar 2023-cü ildə təsdiq edilib:

“Bu il yoxlanılan 171 sertifikatdan 160-ı təsdiqlənib, 11-i isə qeyri-şəffaf üsullarla əldə edildiyi müəyyən edildiyi üçün qəbul edilməyib”,- o qeyd edib.