BAKI, 30 iyun. TELEQRAF
Məqsədimiz müəllimləri eyni standarta gətirməkdir ki, uşaqlar üçün hansı müəllimin dərs keçməyinin fərqi olmasın.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə sual-cavab sessiyasında deyib.
O bildirib ki, xeyli sayda çoxyaxşı müəllimlərimiz var.
"Bəzi müəllimlər ərizə yazmağı bilmirdi və sertifikasiya imtahanı sayəsində artıq həmin müəllimlər yoxdur. Növbəti dövr daha rahat olacaq", - o vurğulayıb.
Nazir əlavə edib ki, 15 il əvvəllə müqayisədə müəllimin orta əməkhaqqısı yaxşı mənada dəyişib.