BAKI, 30 iyun. TELEQRAF

2022-2026-cı illər üzrə təşkil olunmuş sertifikatlaşdırma imtahanlarında 104 435 müəllim iştirak edib.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə deyib.

O bildirib ki, demək olar ki, bütün müəllimlər ən azı 1 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunublar.

"Beləliklə, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyət, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə sertifikatlaşdırma prosesinin hər iki mərhələsi, tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üzrə isə birinci mərhələ başa çatıb. Son 5 il ərzində sistemdə hər 5 müəllimdən biri yeni müəllimdir. Bu sistem davam etdiriləcək", - nazir vurğulayıb.