BAKI, 7 aprel. TELEQRAF
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov yeni müdir müavinləri təyin edib.
Bu barədə Teleqraf-a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunmuş Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.
Tədbirdə Eşqi Bağırov yeni təyinat münasibətilə müdir müavinlərini təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərdən danışıb. E.Bağırov təhsilin inkişafı, təhsilin keyfiyyətinin artırılması məqsədilə reallaşdırılan tədbirləri nəzərə çatdıraraq yeni təyinatların paytaxt təhsilinin uğurlarının artırılmasına töhfə verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.