​BAKI, 8 may. TELEQRAF

Azərbaycanda 67 ümumitəhsil məktəbində inklüziv təhsil həyata keçirilir.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov “360 dərəcə təhsil" verilişində sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında danışarkən deyib.

O bildirib ki, bu istiqamətdə qanunvericilikdə islahatlar aparılıb, mexanizm hazırlanıb:

"300-dən artıq uşaq öz tipik inkişafa yönələn həmyaşdıları ilə birgə təhsilə cəlb olunub".

O qeyd edib ki, ölkəmizdə sağlamlıq imkanlarını müəyyənləşdirən psixoloji-tibbi-pedaqoji komissiyalar mövcuddur:

"Onlar yerli təhsil idarəetmə orqanlarında fəaliyyət göstərir. Orada psixoloq, həkim, pedaqoq uşağın müayinəsini həyata keçirirlər. Uşağın sağlamlığı kompleks şəkildə yoxlanılır".