BAKI, 8 may. TELEQRAF

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib. Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər",- məlumatda deyilib.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək. Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.