BAKI, 8 aprel. TELEQRAF

2025-ci ilin əvvəlinə tədqiqat və işləmələrlə məşğul olan tədqiqatçıların sayı 14 min nəfərdir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 12,0 faizinin elmlər doktoru, 40,8 faizi isə fəlsəfə doktoru elmi dərəcəsi var.

“Tədqiqatçıların 13,0 faizini yaşı 30-dək olan gənclər, 21,2 faizini isə 30-39 yaşda olan şəxslər təşkil edib. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlərinin, yəni akademiklərin sayı 56 nəfərdir”,- məlumatda qeyd olunub.