
BAKI, 22 mart. TELEQRAF
Süni intellekt elmi tədqiqatlar üçün mühüm vasitə olsa da, alimləri tam əvəz etməyə qadir deyil.
Teleqraf xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, kompüter texnologiyaları sahəsində aparıcı mütəxəssislərdən biri İqor Kalyaev bildirib.
Onun sözlərinə görə, süni intellekt böyük həcmli eksperimental məlumatların emalı və təhlili prosesində mühüm rol oynasa da, yeni teoremlər irəli sürmək və ya yeni elmi qanunlar formalaşdırmaq qabiliyyətinə malik deyil.
"Alimlər əsas prinsipləri formalaşdırmalı və bundan sonra süni intellekt həmin prinsiplərə uyğun öyrədilməlidir. O, yalnız elmi tədqiqatları avtomatlaşdıran və sürətləndirən bir vasitədir, lakin insan olmadan fundamental elmi kəşflər edə bilməz", - akademik vurğulayıb.