
BAKI, 5 mart. TELEQRAF
Bu gün saat 18:00-da X sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.