BAKI, 8 fevral. TELEQRAF

Alimlər Antarktidada qarda mikroplastik hissəciklər aşkar etdikdən sonra həyəcan təbili çalıblar.

Teleqraf "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə Britaniya Antarktika Tədqiqat Qrupu məlumat yayıb.

Mikroplastiklərin Antarktidadakı tədqiqat bazalarının yaxınlığında tapıldığı iddia edilir. Alimlər mikroplastik hissəciklərin ucqar yerlərdə tapılmasından narahat olduqlarını bildiriblər.

“Nəticələrimiz mikroplastik çirklənmənin olduğunu göstərir. Təəssüf ki, yer üzündə həqiqətən toxunulmamış heç bir yer yoxdur", - araşdırmanın həmmüəllifi Kristi Djons-Uilyams qeyd edib.

Plastik materialların çox kiçik (5,0 mm-dən də kiçik) hissəçikləri olan mikroplastiklər daha çox su hövzələrində olur. Mikroplastiklər buradakı canlı aləmin məhvinə səbəb olur.