BAKI, 25 dekabr. TELEQRAF
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Yunanıstan Superkubokunun qalibi olub.
Teleqraf xəbər verir ki, o, buna formasını geyindiyi "Panionios" klubu ilə nail olub.
Rəhimovanın komandası həlledici görüşdə Yunanıstan çempionu "Olimpiakos"dan güclü olub. Qarşılaşma "Panionios"un 3:2 hesablı (25:22, 23:25, 24:26, 25:19, 15:12) qələbəsi ilə başa çatıb.