GƏNCƏ, 6 oktyabr. TELEQRAF
Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışlarına yekun vurulub.
Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın oğlanlardan ibarət millisi Belarusa 1:3 hesabı ilə uduzub.
Birinci Rusiya, ikinci Belarus, üçüncü isə Özbəkistan olub.
Daha öncə qızlardan ibarət komandalar arasında mükafatçılar müəyyənləşib. Rusiya yığması birinci, Belarus ikinci, Azərbaycan isə üçüncü yerə sahib çıxıb.