BAKI, 19 sentyabr. TELEQRAF

FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası bu gün iki həftəlik təlim-məşq toplantısından sonra Rumıniyadan Bakıya qayıdıb.

Bu barədə Teleqraf-a klubun mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 4-də adıçəkilən ölkəyə səfər edən təmsilçimiz iki həftəlik hazırlıq müddəti çərçivəsində altı yoxlama oyunu keçirib. "Ağ-qaralar"iki dəfə “Korona Braşov”la, həmçinin “CSU Sibiu”, “Targu Ciu”, “Arges Pitesti” və “CSA Styaua Buxarest” kollektivləri ilə üz-üzə gəlib.

Qeyd edək ki, “Neftçi” Avropa Kubokunun I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq.