BAKI, 25 avqust. TELEQRAF
FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası heyətini yeni legionerlə gücləndirib.
Klubdan Teleqraf-a verilən məlumata görə, "ağ-qaralar" serbiyalı Stefan Keniçi heyətinə cəlb edib.
28 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.
Stefan Keniç 2015/2016 mövsümündə Serbiyanın məşhur "Srvena Zvezda" klubunda çıxış edib. 2.06 metr boya malik basketbolçu peşəkar karyerasında 2023/2024 mövsümünü Polşanın "Arka Qdınya" klubunda keçirib.