BAKI, 7 iyun. TELEQRAF

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Qızıl Liqasında növbəti oyununa çıxıb.

Teleqraf xəbər verir ki, yığma komanda Slovakiyada təşkil olunan 2-ci tur çərçivəsində Monteneqro seçməsi ilə üz-üzə gəlib.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 13 - 15 iyunda Xorvatiyada təşkil olunacaq. Bu mərhələdə Azərbaycanın rəqibləri meydan sahibi və Rumıniya yığması olacaq.

Avropa Qızıl Liqası (qadınlar)

7 iyun

II tur (Slovakiya)

Monteneqro - Azərbaycan 3:1 (25:18, 16:25, 25:19, 25:18).