BAKI, 2 iyun. TELEQRAF

“Konfransda Seymur Talıbovun Azərbaycan şahmatına verdiyi töhvələri qeyd etdik”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun İcraiyyə Komitəsindən ayrılması ilə bağlı danışarkən deyib.

O, Seymur Talıbova xüsusi plaket verildiyini bildirib: “Ona uzun illər məhsuldar işinə görə minnətdarlıq bildirirərək AŞF adından plaket verdik. Seymur müəllim obyektiv səbəbdən tədbirdə iştirak etmədiyinə görə mükafatı ona çatdıracağıq. Öz adımdan da təşəkkür edirəm. Yeni heyət formalaşdı. Əfsuslar olsun ki, Seymur Talıbov federasiyanın yeni tərkibində işini davam etdirməyəcək".