BAKI, 30 may. TELEQRAF

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv bu gün Bakıda I tur matçında Macarıstan yığması ilə qarşılaşıb.

Oyun qonaqların 3:0 (25:13, 25:22, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli komanda növbəti oyununu iyunun 1-də Sloveniyaya qarşı keçirəcək. Sabah isə Sloveniya və Macarıstan kollektivləri üz-üzə gələcəklər.