BAKI, 16 may. TELEQRAF

Mayın 18-də Milli İncəsənət Muzeyində Azərbaycan Yazıçılar Birliyi və Rumıniyanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə poeziya gecəsi keçiriləcək.

Teleqraf xəbər verir ki, tədbirdə görkəmli rumın şairi, Mihay Eminesku Akademiyasının prezidenti İon Deakoneskunun “Müsahibə” şeir kitabının təqdimatı da olacaq.

Gecədə Azərbaycan və rumın bəstəkarlarının əsərləri ifa olunacaq.