İŞİD-in Deyr əz-Zordakı neft satışı təsisi partladılıb

Fransa müdafiə naziri Jan İv le Drian ölkəsinin Suriyada həyata keçirdiyi hava hücumlarında İŞİD-in nəzarətində olan neft satışı təsisini vurduğunu açıqlayıb.

Musavat.com-un məlumatına görə, "Frans Press"in yaydığı xəbərdə bildirilir ki, sözügedən təsis Suriyanın şərqində, İŞİD-in 1 ilə yaxındır ələ keçirdiyi Deyr əz-Zor qəsəbəsində yerləşir.

Fransa müdafiə naziri bildirib ki, artıq Fransa Silahlı Qüvvələri Suriya ərazisində üç hava əməliyyatı həyata keçirib və bombardmanda İŞİD-ə aid bir çox hədəf məhv edilib.

Fransa prezidenti Fransua Olland ölkəsinin İŞİD-ə qarşı koalisiyada təmsil olunması ilə bağlı qərarı iyulda verib. Daha öncəki hava hücumlarında Fransada terror aktları düzənləyəcəyi haqqında kəşfiyyat məlumatı əldə olunan cihadçılar hədəf alınıb.