BAKI, 29 noyabr. TELEQRAF

Pakistanın Bəlucistan əyalətində silahlı şəxslərin kömür mədənində çalışan işçilərə hücumu nəticəsində 11 nəfər öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə Kohlu rayonunda baş verib. Silahlılar iki avtomobildə hərəkət edən mədən işçilərinin qarşısını kəsərək onları dağlıq əraziyə aparıb və öldürüblər. Daha sonra hadisə yerindən qaçıblar.

Polis hücum edənlərin axtarışına başlayıb. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstan və İranla həmsərhəd Bəlucistan əyaləti uzun illərdir separatçı silahlı qruplaşmaların fəaliyyəti və təhlükəsizlik problemləri ilə gündəmdədir.