BAKI, 21 noyabr. TELEQRAF
21 noyabrda qiymətlərin artmasına qarşı nümayişlərin keçirildiyi Nant və Lion şəhərlərində etirazçı qruplarla polis arasında toqquşmalar başlayıb.
Teleqraf xəbər verir ki, “Le Progres” qəzetinin məlumatına görə, Lion hakimiyyəti şəhər mərkəzində etiraz aksiyalarını qadağan edib, lakin etirazçılar qrupları Rue Garibaldi və Bulvar Qambetta küçələrində yürüşlər təşkil etməyə cəhd ediblər. Səyyar polis bölmələri icazəsiz etirazları tez bir zamanda dağıdıb və bir neçə dəfə göz yaşartıcı qazdan istifadə ediblər. Milad bazarının açıldığı Bellecour meydanının yaxınlığındakı ərazilərdə də gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
"Ouest-France" qəzeti Nantda baş verən toqquşmalar barədə məlumat verib. Bir qrup etirazçı təyin olunmuş marşrutdan yayınmağa çalışaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşub. Qəzetin müxbirinin verdiyi məlumata görə, etirazçılardan biri polis qumbarasından ayağından xəsarət alıb.
Daha əvvəl Fransa Daxili İşlər Nazirliyi əvvəlki həftələrdəki etirazlarla müqayisədə etirazçıların sayında əhəmiyyətli dərəcədə azalma olduğunu bildirmişdi.