BAKI, 19 noyabr. TELEQRAF
Noyabrın 19-u günortadan sonra Rusiya Kiyevə dronlarla hücum edib. Dronlardan birinin qalıqları Ukrayna Xarici İşlər Nazirliyinin ərazisinə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat yayıb.
Sibiqanın sözlərinə görə, Rusiyanın Kiyevə hücumda istifadə etdiyi pilotsuz təyyarənin qalıqları Xarici İşlər Nazirliyinin ərazisinə düşüb. Dron parçası XİN-in muzeyinə veriləcək.