BAKI, 5 noyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merz Aİ-də vacib xammal ehtiyatı yaratmağı təklif edib.

Teleqraf xəbər verir ki, Merz Berlində Fridrix fon Hayek Fondu tərəfindən təşkil edilən konfransda bildirib: "Xammalın çıxarılması və emalı çox məhdud sayda ölkədə cəmləşdiyindən, biz ciddi risklər daşıyırıq. Dövlət bu risklərin azaldılmasına kömək etməli, təchizat mənbələrinin şaxələndirilməsinə çalışmalıdır".

Kansler vurğulayıb ki, vacib xammal ehtiyatları olmadan batareyaların, güclü elektrik mühərriklərinin, yarımkeçiricilərin və gələcəkdə vacib olacaq bir çox digər məhsulların istehsalını təmin etmək mümkün olmaz.