BAKI, 5 oktyabr. TELEQRAF
Türkiyənin Elektrik enerjisi ötürücü təşkilatının İdarə Heyətinin sədri və baş direktoru Mustafa Pustunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda bu ölkənin Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Ermənistan və Türkiyə arasında normallaşma prosesinin bir hissəsi olaraq görülən işlər, Gümrü-Qars elektrik ötürücü xəttinin bərpası və istifadəyə verilməsi müzakirə olunub.
David Xudatyanın bildirdiyinə görə, görüş zamanı həm ikitərəfli, həm də regional əməkdaşlıq kontekstində Ermənistan və Türkiyə elektrik sistemlərinin qarşılıqlı əlaqəsinin vacibliyi qeyd edilib.