BAKI, 5 oktyabr. TELEQRAF
Braziliyada prezident seçkilərinin ilk turunda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.
Teleqraf xəbər verir ki, oktyabrın 4-də keçirilən ümumi seçkilər çərçivəsində Braziliyada seçki məntəqələri yerli vaxtla saat 17:00-da bağlanıb.
Braziliyanın Ali Seçki Məhkəməsi səslərin hesablanmasına başlayıb. İş saatının başa çatdığı vaxt növbələrin yarandığı məntəqələrdə isə növbədə dayanan sonuncu seçici səs verdikdən sonra proses yekunlaşdırılacaq.
Seçkiöncəsi sorğulara əsasən, namizədlərdən heç birinin, o cümlədən hazırkı prezident Luis İnasio Lula da Silvanın və onun əsas rəqibi senator Flavio Bolsonaronun 50 faizdən çox səs toplaması gözlənilmir. Bu halda seçkilərin ikinci turu oktyabrın 25-də keçiriləcək.
Braziliyada elektron səsvermə sistemindən istifadə edildiyinə görə ilk turun ilkin nəticələrinin bir neçə saat ərzində açıqlanacağı gözlənilir.