BAKI, 5 oktyabr. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəyə uçuşlar həyata keçirən xarici aviaşirkətlərin təhlükəsizlik tədbirlərinin yoxlanılması üçün xüsusi müfəttiş təyin edilməsinə göstəriş verib.
Teleqraf xəbər verir ki, Netanyahu bu barədə “Flydubai” təyyarəsinin göyərtəsində baş verən insidentdən sonra İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Şmuel Ben-Ezraya tapşırıq verib.
Baş nazir xarici aviaşirkətlərin İsrailə həyata keçirdiyi sərnişin reyslərində təhlükəsizliyin bütün aspektlərinin hərtərəfli yoxlanılması üçün müfəttiş təyin edilməsini istəyib.
Daha əvvəl Netanyahu İsrailə uçuş həyata keçirən bütün təyyarələrdə, o cümlədən xarici aviaşirkətlərə məxsus hava gəmilərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş vermişdi.