BAKI, 4 oktyabr. TELEQRAF
Flydubai reysinin ikinci pilotunun təyyarəni Təl-Əvivə yönəldərək Ben-Qurion hava limanının terminalına çırpmağı planlaşdırdığı iddia edilir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, ikinci pilot dindirilmə zamanı təyyarə İordaniya hava məkanında, İsrail sərhədləri yaxınlığında olarkən hindistanlı pilot Smit Maççara hücum etməsinin səbəbini də bununla izah edib.
İddialara görə, ikinci pilot təyyarəni İsrailə “adi qaydada” endirməyi, daha sonra isə son anda, təyyarənin qarşısının alınmasının artıq mümkün olmayacağı məqamda istiqaməti dəyişdirərək terminala çırpmağı planlaşdırıb.
12-ci kanalın məlumatına əsasən, hindistanlı pilot Maççhar yaralanmasına baxmayaraq kokpitin qapısını açmağı bacarıb. Kanal bildirir ki, bununla da ikinci pilotun planını həyata keçirməsinin qarşısı alınıb.