BAKI, 5 oktyabr. TELEQRAF

Oktyabrın 5-də Tehranda Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib.

Teleqraf xəbər verir ki, tərəflər Ermənistan-İran siyasi əlaqələrinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Enerji sektorunda blokadadan azad infrastrukturun və qarşılıqlı faydalı əməkdaşlıq proqramlarının inkişafının vacibliyi vurğulanıb.

Mirzoyan TRIPP layihəsinin həyata keçirilməsi prosesini İran liderinə təqdim etdi.

Regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin İrəvanda keçiriləcək COP17 konfransında İranın yüksək səviyyəli iştirakı məsələləri müzakirə olunub.