BAKI, 5 oktyabr. TELEQRAF
Braziliyada prezident seçkilərinin birinci turunda liderliyini davam etdirən sağçı Liberal Partiyanın namizədi, senator Flaviu Bolsonaro mütləq səs çoxluğunu itirib.
Teleqraf xəbər verir ki, Braziliya Ali Seçki Məhkəməsinin açıqladığı nəticələrə əsasən, elektron protokolların 64,81 faizinin hesablanmasından sonra Bolsonaro səslərin 49,58 faizini toplayıb.
Hazırkı prezident Luis İnasiu Lula da Silva isə aradakı fərqi azaltmaqda davam edir. O, 42,25 faiz səslə ikinci yerdə qərarlaşıb.
İndiyədək ümumilikdə 79,3 milyondan çox səs hesablanıb.
“Folha de S.Paulo” qəzeti qeyd edir ki, Bolsonaronun göstəricisinin 50 faizdən aşağı düşməsi prezident seçkilərində qalibin birinci turda müəyyənləşməyəcəyini rəsmiləşdirib.
Beləliklə, namizədlər prezidentlik uğrunda mübarizəni seçkilərin ikinci turunda davam etdirəcəklər.
***
01:21
Braziliyada keçirilən prezident seçkilərinin birinci turunda sağçı Liberal Partiyanın namizədi, senator Flaviu Bolsonaro ilkin nəticələrə görə liderliyini qoruyur.
Teleqraf xəbər verir ki, Braziliya Ali Seçki Məhkəməsinin açıqladığı ilkin nəticələrə əsasən, elektron protokolların 10,08 faizinin hesablanmasından sonra Bolsonaro səslərin 50,96 faizini toplayıb.
Hazırkı prezident Luis İnasiu Lula da Silva isə 40,78 faiz səslə ikinci yerdə qərarlaşıb.
Səslərin hesablanması davam edir. Ölkənin ənənəvi olaraq sol qüvvələrə daha çox səs verən şimal-şərq ştatlarından məlumatların böyük hissəsi hələ sistemə daxil olmayıb.
Qeyd edək ki, Braziliyada seçkilərin nəticələri elektron səsvermə məntəqələrindən daxil olan məlumatlar əsasında mərhələli şəkildə yenilənir.