BAKI, 5 oktyabr. TELEQRAF

Bu gün günorta saatlarında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərinin Nizami rayonundan çağırış qeydə alınıb.

Bakıda bir məktəblinin digərini bıçaqlaması barədə yayılan xəbərlə bağlı Teleqraf-ın sorğusuna TƏBİB-dən verilən məlumatda bildirilib.

Məlumata görə, 5 oktyabr 2026-cı il tarixində saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonundan çağırış olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib, lakin hadisə yerində heç kim tapılmayıb" - cavabda vurğulanıb.

***

17:58

Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan məktəbli yeniyetmə vəfat edib.

Teleqraf-ın məlumatına görə, hadisə məktəbdən kənarda baş verib.

Əməli törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, onların hər ikisi 9-cu sinif şagirdidir.