BAKI, 29 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı aparılan hərbi əməliyyatlara bəraət qazandırmaq üçün Şimal qütbündə yırtıcı balinaların ağ ayılara hücum etməsini nümunə çəkib.
Teleqraf "Ukrainska Pravda" qəzetinə istinadla xəbər verir ki, Moskva Dövlət Pedaqoji Universitetində müəllim və tələbələrlə görüşən Rusiya lideri Belqorod vilayətindən olan bir müəllimin Şimal qütbünə səfər təəssüratlarını dinlədikdən sonra bu mövzuya toxunub:
"Orada yaxınlıqda yırtıcı balinalar yaşayır. Onlar bu ayıları xırda balıq kimi yeyirlər. Bəli, sürü ilə hücum edib parçalayırlar. Bu, bir qida zənciridir. Uşaqlara da bunları danışmaq lazımdır ki, hansı dünyada yaşadığımızı və niyə xüsusi hərbi əməliyyat keçirdiyimizi başa düşsünlər".